yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Tarixi görüş baş tutdu: Trampla Kim bir arada - VİDEO

Tarixi görüş baş tutdu: Trampla Kim bir arada - VİDEO
12-06-2018, 10:22 157 dəfə baxılıb

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Sinqapurda bir araya gəlib.

Tərəflər bir saat ərzində sadəcə tərcüməçinin iştirak etdiyi görüş keçiriblər. Hələlik hansısa razılığın imzalanması barədə məlumat yoxdur.

Sammit Kim və Trampın media qarşısında əl-ələ görüşməsi ilə başlayıb. Tramp Kim Çen Ina "Bilirəm ki, birlikdə böyük uğur qazanacaq, böyük problemi, dilemmanı həll edəcəyik. Bu prosesə birlikdə məsələ öz həllini tapana qədər davam edəcəyik. Şübhəm yoxdur ki, bizim möhtəşəm münasibətimiz olacaq" sözlərini deyib. Şimali Koreya rəhbəri ABŞ prezidentinin sözlərinə əlavə olaraq "Bu mərhələyə çatmaq asan olmayıb. Keçmiş bizim ayaqlarımızda zəncir rolunu oynayıb, mühakimə və təcrübələrimiz yolumuzda əsas maneəyə çevrilib. Lakin biz hamısının öhdəsindən gəldik və bu gün buradayıq" fikirlərini səsləndirib.

Tərəflərin Koreya yarımadasındakı nüvə qarşıdurmasını sonlandıracaq razılaşma imzalaması ehtimallar arasındadır.

ABŞ prezidenti jurnalistlərə Kim Çen Inla görüşdə böyük irəliləyiş əldə edildiyini bildirib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ