yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Azpetrol”u almış oliqarx vəfat etdi

“Azpetrol”u almış oliqarx vəfat etdi
8-06-2018, 13:04 330 dəfə baxılıb

Türkiyədə “Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri Erdoğan Dəmirörən vəfat edib

Türkiyə mediası xəbər verir ki, hakimiyyətə yaxın iri iş adamı Dəmirörən uzun müddətdir ağır xəstəlikdən müalicə alırdı.

Onun adı Türkiyənin gündəminə sonuncu müstəqil media şirkəti olan “Doğan Medya” qrupunun səhmlərini almaqla gündəmə gəlmişdi.

Erdoğan Dəmirörən 1938-ci ildə anadan olub, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənin atasıdır. Onun başçılıq etdiyi holdinqdə sıxılmış qaz (LPG) biznesi ilə məşğul olan çoxsaylı şirkətlər, habelə Türkiyənin “Milliyet”, “Vatan” kimi iri qəzetləri, o cümlədən “Doğan Medya” qrupunun səhmlərinin alınması nəticəsində bu qrupun çoxsaylı KİV-ləri-“Hürriyet”, “Posta”, CNN Türk, Kanal D və digərləri birləşib. Habelə “Demirören Holding” otelçilik, inşaat və biznesin bir çox digər sahələrində də fəaliyyət göstərir.

Türkiyə mediası Erdoğan Demirörənin Azərbaycanda da yatırımları olduğunu, onun “Azpetrol” şirkətini və Azərbaycanın ən iri metallurgiya zavodlarından olan “Azərelektroterm”i aldığını yazır. ( https://www.aksam.com.tr/guncel/erdogan-demiroren-kimdir-nereli-kac-yasinda-erdogan-demiroren-neden-oldu/haber-743258) (Görünür söhbət “Azpetrol”un səhmlərinin vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşına məxsus olmuş hissəsindən gedir-red.)

Erdoğan Demirörən çoxsaylı qəzet və televiziyaların sahibi olduğu üçün ona Türkiyənin “Rupert Merdoku” (amerikalı mediamaqnat) da deyirdilər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ