SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı - FOTO

Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı - FOTO

Tarix:

6-06-2018, 10:03

/ 6 452 dəfə oxundu.
Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı - FOTO

Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı
Əməkdaşlarımızdan birinin bu gün Bakıda mağazaların birindən aldığı “Sladyona. Naş moloçnik” peçenyesinin içərisindən dəmir qırıntısı çıxıb. Əmədaşımız əslində peçenyeni Ukrayna məhsulu zənn edərək alıb, amma içərisindən dəmir qırıntısı çıxandan sonra araşdırıb və onun Bakıda istehsal edildiyini görüb.
Belə ki, peçenyenin üzərində demək olar bütün yazılar rus dilində olduğu halda azərbaycan dilində və olduqca kiçik hərflərlə onun Bakıda istehsal edildiyi göstərilir: “İstehsalçı firma: “Avrora” firması, Azərbaycan respublikası, Bakı şəhəri, 17-ci Dağüstü küçəsi, 13. Tel: (99412) 447 10 55)
Əslində isə “Naş moloçnik” brendi Ukraynanın “Ukrprodukt Qrup” şirkətinə məxsusdur, şirkət bu brend altında kərə yağı, şirniyyat, pendir və digər süd məhsulları istehsal edir, 20 ildən artıqdir ki, Ukrayna bazarında fəaliyyət göstərir. Məhsullarını Azərbaycan da daxil olmaqla bir çox ölkələrə ixrac edir.
“Avrora” MMC –nin saytında göstərilir ki, bu firma bir sıra xarici ölkələrin istehsalı olan içkilərin və ərzaq məhsullarının Azərbaycandakı distributorudur. O cümlədən “Sladyona” brendinin məhsullarının. Lakin indiki halda söhbət həmin brend altında məhsul istehsalından gedir və bu, Ukraynadan idxal edilən məhsulun satışından tamam fərqli anlayışdır.
Şirkət hansı əsasla Ukrayna brendi altında Azərbaycanda peçenye istehsal edir və bunun üçün lisenziyası varmı? Digər tərəfdən peçenyenin içərisindən çıxan dəmir qırıntısı brend oğurluğu ilə yanaşı daha bir təhlükəli əmələ-qida təhlükəsizliyi normalarının pozulmasına dəlalət etmirmi?
“Avrora” firmasının peçenyenin etiketi üzərində göstərilən telefon nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da, məlum oldu ki, həmin nömrə işləmir. Eləcə də firmanın saytında göstərilən əlaqə nömrələrindən heç biri daxil olan zəngləri qəbul etmir. Başqa sözlə, saxta məhsula görə istehlakçının istehsalçı ilə əlaqə saxlayıb öz şikayətini bildirməsi mümkün deyil.
Hansı ki, Azərbaycanda son illər Rusiya brendlərinin saxtalaşdırılması yolu ilə kolbasa, sosiska, dondurmalar, şirniyyatlar və digər ərzaq məhsullarının istehsalı geniş yayılıb. Mağazaların, supermarketlərin vitrinlərində üzərində Rusiya, yaxud Ukrayna brendlərinin həkk olunduğu belə qida məhsulları açıq satışdadır. Bu o qədər adi hal alıb ki, hətta iri supermarket şəbəkələri də açıq-aşkar başqa ölkələrin markaları adı altında lisenziyasız istehsal edilmiş saxta ərzaq mallarını satırlar.
Virtualaz.org ötən illərdə mağazalarda satılan və zahiri görünüşünə görə Rusiya, Ukrayna, Belarusda istehsal olunduğu qənaəti yaradan bir çox ərzaq məhsullarının mağazaların vitrinlərini bəzədiyini araşdırmışdı. Üzərində rus dilində, kirill əlifbası ilə yazılar olan“Belıye noçi”, “Plombir”, , “Lakomka” dondurmaları, “Servelat”, “Doktorskaya”, “Yubileynaya”, “Qovyajya”, “Baranya” və digər kolbasa və sosiska məhsulları, “Squşennoe moloko” və digər içki və qənnadı məhsulları ilk baxışdan Rusiya istehsalı kimi görünsə də, əslində daha çox pul qazanmaq istəyən azərbaycanlı biznesmenlərin saxtalaşdıraraq satışa çıxardıqları məhsullardır. Belələri istehsal etdikləri kolbasaların, dondurmaların və s. üzərinə Rusiya markalarının adını yapışdırmaqla və yazıları rus dilində verməklə alıcıları açıq-aşkar aldadırlar. İndi isə bu saxtalaşdırma peçenye və digər şirniyyat məhsullarına keçib.

Azərbaycanda peçenyelərin 30 faizi saxtadır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda peçenyelərin təxminən 30 faizi bu cür aldadıcıdır. Ekspertin virtualaz.org-a bildirdiyinə görə, bu cürəmtəə nişanının mənimsənilməsi ilə bağlı onlara xeyli şikayətlər daxil olur.
Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı - FOTO
Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı - FOTO
Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı - FOTO
Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı - FOTO
Bakıda “Avrora” firmasının Ukrayna markasını saxtalaşdırmaqla istehsal etdiyi peçenyedən dəmir qırıntısı çıxdı - FOTO

Şərhlər

XƏBƏR LENTİ