SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Hakimiyyətə yaxın oliqarxın 1 milyard dolları İsveçrə banklarında donduruldu

Hakimiyyətə yaxın oliqarxın 1 milyard dolları İsveçrə banklarında donduruldu

Tarix:

5-06-2018, 11:24

/ 1 594 dəfə oxundu.
Hakimiyyətə yaxın oliqarxın 1 milyard dolları İsveçrə banklarında donduruldu

İsveçrə bankları Rusiya hakimiyyətinə yaxın oliqarx Viktor Vekselberqin şəxsi hesablarındakı 1 milyard 17 milyon dolları dondurublar

Bu haqda biznesmenin sahibi olduğu “Renova” şirkətlər qrupundakı mənbə “Forbes”ə bildirib.

Məlumata görə oliqarxın hüquqşünasları bu qərardan şikayət verməyə və hesabların dondurulmasına görə kompensasiya almağa çalışır. Ancaq jurnalın rəyni soruşduğu ekspertlər Vekselberqin vəkillərinin bu cür məhkəmə iddiaları ilə nəyəsə nail olacağına şübhə edirlər. Bildirilir ki, İsveçrə bankları Vekselberqin ABŞ-ın sanksiyalarının təsiri altında olmasından ehtiyat edərək onun hesablarını bloklayıblar.

Bloklanan hesablar UBS və “Credit Suisse” banklarında, habelə “Julius Baer” adlı nisbətən kiçik kommersiya bankındadır.

Vekselberqə və digər rusiyalı oliqarxlara qarşı sanksiyalar aprelin 6-da tətbiq edilib. Bu sanksiyalar oliqarxlara ciddi problem yaradıb, onların bəziləri ABŞ istehsalı olan şəxsi “Gulfstream” təyyarələri ilə üzülüşməli olublar, bəziləri isə tələsik sahibi olduqları şirkətlərdə paylarını azaldaraq sanksiyaların təsiri altından çıxmağa çalışırlar..

Şərhlər

XƏBƏR LENTİ