yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Azərbaycanlı deputat Xanoğlan Əliyev Şuşanın işğalı günü bayram etdi

Azərbaycanlı deputat Xanoğlan Əliyev Şuşanın işğalı günü bayram etdi
8-05-2018, 23:16 470 dəfə baxılıb

Rusiya Federasiyasının Ximki şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri, Şəhər Sovetinin deputatı Xanoğlan Əliyev mayın 8-də Ximkidə təşkil olunmuş bayram şənliyinə qatılıb.

Xalqxeber.Az xəbər verir ki, İnterpress.az-ın əldə etdiyi məlumata görə, bayram şənliyində iştirak edən X.Əliyev öz sevincini tədbir iştirakçıları ilə bölüşüb.

Qeyd edək ki, X. Əliyev 1962-ci ildə Lənkəranda anadan olub. Ümumittifaq Dəmiryolu mühəndisləri İnstitutunu bitirib. İkinci dəfə iqtisadiyyat üzrə təhsili alıb. İlk dəfə 2011-ci ildə Ximki Şəhər Şurasının deputatı seçilib.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ