SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Türkiyə müxalifəti namizədini açıqladı

Türkiyə müxalifəti namizədini açıqladı

Tarix:

4-05-2018, 12:55

/ 1 555 dəfə oxundu.
Türkiyə müxalifəti namizədini açıqladı

Türkiyənin Cumhuriyyət Xalq Partiyası iyunun 24-də ölkədə baş tutacaq prezident seçkilərinə namizədini açıqlayıb. Partiya bu gün keçirilən iclasında Muharrem İncənin namizədliyini irəli sürüb.

54 yaşlı M.İnce 2014-cü ildən CHP-nin parlament qrupunun sədridir.

O, Yalova vilayətinin parlamentdəki təmsilçisidir.

Bundan öncə, hakim Ədalət və İnkişaf Partiyası hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürmüşdü.

Qeyd edək ki, Ərdoğan iyunun 24-də ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyini elan edib.

Şərhlər

XƏBƏR LENTİ