SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Düşmənçiliyə və nüvə silahına son - Tarixi barış baş tutdu

Düşmənçiliyə və nüvə silahına son - Tarixi barış baş tutdu

Tarix:

27-04-2018, 14:15

/ 2 239 dəfə oxundu.
Düşmənçiliyə və nüvə silahına son - Tarixi barış baş tutdu

Cənubi Koreya ilə Koreya Xalq Demokratik Respublikası bir-birilərinə qarşı istənilən düşmənçilik hərəkətlərinə son qoyurlar.Lliderlər - Mun Çje İnla Kim Çen In bəyan ediblər ki, hər iki ölkənin ortaq məqsədi Koreya yarımadasında denuklearizasiyası prosesinin keçirilməsidir. Bu barədə sammitin yekunlarına dair dərc olunan birgə deklarasiyada deyilir.

Deklarasiyada qeyd edilir ki, Cənubi və Şimali Koreya bir-birilərinə qarşı istənilən düşmənçilik davranışlarına son qoyurlar. Ölkələr yüksək səviyyəli aktiv dialoqu davam etdirəcəklər.

Hər iki ölkə humanitar problemlərin həllində də razılıq əldə ediblər. Bura koreyalı ailələrin bir araya gətirilməsi də daxildir.

Bundan başqa, Cənubi və Şimali Koreya iki ölkənin dəmir yollarının birləşdirilməsi ilə bağlı razılıq əldə ediblər.

Şərhlər

XƏBƏR LENTİ