SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Trampdan qondarma erməni soyqırımı açıqlaması

Trampdan qondarma erməni soyqırımı açıqlaması

Tarix:

25-04-2018, 11:25

/ 2 609 dəfə oxundu.
Trampdan qondarma erməni soyqırımı açıqlaması

Ağ Ev 1915-ci ildə baş vermiş hadisələrlə bağlı açıqlamanı ictimaiyyətə təqdim edib.

Xarici KİV-ə istinadən xəbər veririk ki, ABŞ prezidenti Donald Tramp "Bu gün XX əsrin ən böyük kütləvi qətliamlarından olan "Meds Yeghern"də əzab çəkmiş insanların xatirəsini yad edirik. Daha tolerant gələcək üçün keçmişin əzablı dövrləri xatırlamaq və qəbul etməyin vacibliyini vurğulayırıq. 1915-ci ildən etibarən 1,5 milyon erməni deportasiya edilib, öldürülüb və ya köçürülüb" fikirlərini açıqlamada qeyd edib.

ABŞ 1993-cü ildən bəri qondarma erməni soyqırımı ilə bağlı yazılı açıqlama yayımlayır.

Türkiyə Dövlət Arxivləri Baş İdarəsi isə o dövrdə baş verən hadisələrlə bağlı 204 sənədin orijinal versiyasını təqdim edib. Sənədlərdə Qars, Ərdahan ərazilərində erməni qruplarının 30 min müsəlmanı qətlə yetirildiyi sübut edilir. "Arxiv sənədlərinə görə köçə gedən yol" adlı tədqiqatda erməni dəstələrinin 1915-ci ildə Anadoluda törətdiyi cinayətlər öz əksini tapıb.

Erməni diasporu 24-25 aprel tarixlərində baş vermiş hadisələri təhrif edərək dünyanı "qondarma erməni soyqırımı"nın doğruluğuna inandırmağa çalışır.

Şərhlər

XƏBƏR LENTİ