yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Sensasiya : Ermənistanın müdafiə , fövqəladə hallar nazirləri və daha onlarla yüksək vəzifəli məmuru ABŞ kəşfiyyatının casusları imiş

Sensasiya : Ermənistanın müdafiə , fövqəladə hallar nazirləri və daha onlarla yüksək vəzifəli məmuru ABŞ kəşfiyyatının casusları imiş
24-04-2018, 15:29 373 dəfə baxılıb

Erməni kütləvi informasiya vasitələrində Ermənistanda fəaliyyət göstərən casusluq şəbəkəsi sensasiyalı məlumatlar yayılıb.

Avropa.info xəbər verir ki, müstəqil erməni yazar Albert Qriqoryanın erməni mətbuatında yazdığı məqalədə bildirilir ki, Ermənistan hakimiyyətində təmsil olunan nazirlər və yüksək rütbəli məmurlar xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər.
Məqalədə qeyd olunur ki, Ermənistandakı casusluq şəbəkəsinin rəhbəri vəzifəsini şəxsən ABŞ-ın Ermənistandakı Fövqəladə və Səlahiyyətli səfiri Riçard Mils icra edir. Residenturaya ABŞ Səfirliyinin birinci katibi Makişa Sova (eləcə də Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsinin müavini), ikinci katib Riçard Hetç və Couz Lardizabel, ikinci katib–vitse-konsul Adam Kolvin və M.Sovanın yaxın ətrafından sayılan təhlükəsizlik üzrə zabit Bradley Filpot da daxil edilmişdir. ABŞ-ın Ermənistandakı hərbi attaşesi Bryus Mörfi də ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi vasitəsilə kəşfiyyat fəaliyyətlərinə cəlb olunmuşdur.

ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils

Sözügedən struktur ilə ABŞ-ın Ermənistandakı hərbi attaşesinin köməkçisi Coşua Malfordun da birbaşa əlaqəsi var. Hərbi attaşe B.Mörfi də Hərbi Attaşelik Aparatının işləri ilə yanaşı, ona həvalə olunmuş kəşfiyyat fəaliyyətləri ilə aktiv məşğul olur. Casusluq şəbəkəsinə ABŞ Hərbi Qüvvələrinin Ermənistandakı biolaboratoriyalarını öz kurasiyasında saxlayan ABŞ Təhlükənin Azaldılması üzrə Agentliyinin (DTRA) Ermənistandakı nümayəndəsi Erik Larsen, eləcə də hərbi çevrilişlər üzrə mütəxəssis Endryus Beşen də daxildir.
Ən maraqlı məsələ isə ABŞ-ın casusluq şəbəkəsinin Ermənistanın dövlət və ictimai strukturlarına nüfuz etməsinin dərinliyidir. Belə ki, casusluq şəbəkəsi ilə sıx əməkdaşlıq edən yüksək vəzifəli məmurların siyahısında Müdafiə naziri Vigen Sarkisyanın və Fövqəladə Hallar naziri David Tonayanın da adları hallanır. Ehtimal olunur ki, hazırki Müdafiə naziri Vigen Sarkisyan 18 il öncə ABŞ-ın Diplomatiya və Hüquq Məktəbində (ştat Massaçusets) təhsil aldığı dövrdə, Fövqəladə Hallar naziri David Tonayan isə Ermənistanın NATO-dakı daimi üzvü qismində xidməti zamanı casus olaraq ABŞ əks-kəşfiyyatına cəlb olunmuşlar. V.Sargisyanın kuratorları Səfir R.Mils və hərbi attaşe B.Mörfi, D.Tonayanın kuratoru isə Hərbi Attaşelik Aparatının nümayəndəsi E.Larsendir.

Müdafiə naziri Vigen Sarkisyan

ABŞ casuslarının Ermənistandakı fəaliyyətini ifşa edən məqalə müəlliflərinin fikrincə, V.Sarkisyanın “protejesi” və “sağ əli” adlandırılan D.Tonayan respublikada yeni biolaboratoriyaların yaradılması layihələrinə cavabdehdir. Kütləvi şəkildə MDB dövlətlərində açılan biolaboratoriyalar tam məxfilik şəraitində fəaliyyət göstərir. Hətta ehtimal olunur ki, öz dövlətlərinin ərazisində bu növ laboratoriyaların təsis olunmasına razılıq verən dövlət rəhbərlikləri belə bu laboratoriyaların nə ilə məşğul olmaları barədə məlumatsızdır.

Fövqəladə Hallar naziri David Tonoyan

Əlavə olaraq, amerikalı cəsusların siyahısına Ermənistan Milli Məclisinin Aparat rəhbəri – Parlamentin baş katibi Ara Saqatelyan və Respublika Rəhbər partiyasının üzvü, Avropaya inteqrasia məsələləri üzrə Milli Məclisin daimi Komissiyasının başçısının birinci müavini Samvel Farmanyan da daxildir. Kuratorlar tərəfindən A.Saqatelyanın təyin olumuş vəzifəsi Ermənistan KİV-nə ciddi nəzarətdən ibarətdir. S.Farmanyana isə ABŞ-ın rəhbər elitasına xoş gəlməyən Ermənistan siyasi xadimlərinin diskreditasiyası üçün media-kompaniyaların təşkil olunması həvalə edilmişdir.
Qeyd olunan kütləvi informasiya vasitələrinə “Civilnet.am”, «Lragir.am», «1in.am», «Sut.am», «Aravot.am», «Azatutyun.am», «The Armenian Times» qəzeti, təşkilatlardan isə “İnformativ Vətəndaşlar Birliyi”, “Asparez jurnalistlər klubu”, “Regional əməkdaşlıq və qloballaşdırma üzrə analitik mərkəz”, «Erməni Helsinki komitəsi», «Avropa dövlət universitetinin avropa araşdırma mərkəzi” və «Ermənistanın Açıq Cəmiyyəti Fondu” daxildir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ