yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Məşhur azərbaycanlı avtoritet Moskvada: Lotu Quliyə qarşı ordu yığılır

Məşhur azərbaycanlı avtoritet Moskvada: Lotu Quliyə qarşı ordu yığılır
24-04-2018, 12:01 376 dəfə baxılıb

36 yaşlı "qanuni oğru”, kriminal dairələrdə "Hacı Beyləqanski” ləqəbi ilə tanınan Hacıbaba Talıbxanov Moskvaya gedib.

Yenicag.az "Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, o, məşhur "qanuni oğru” "Lotu Quli” ləqəbli Nadir Salifova qarşı bütün gücləri səfərbər etməyə çalışır.

Agentlik öz mənbələrinə istinadən bildirir ki, "Hacı Beyləqanski” Moskvanın iri ranqlı biznesmenləri ilə görüşür, həmyerlilərini "Lotu Quli” ilə qarşıdurmada öz tərəfinə çəkir.

"Hacı Beyləqanski” "qanuni oğru” titulunu mərhum kriminal avtoritet, "Lənkəranski” ləqəbli Rövşən Canıyev vasitəsi ilə alıb. Xatırladaq ki, Rövşən Lənkəranski 2016-cı ilin avqustunda İstanbulda güllələnərək qətlə yetirilib.

Canıyevin ölümündən sonra Kaluqa şossesində yerləşən Moskvanın ən böyük topdan və pərakəndə ərzaq satışı mərkəzi "Food Sity”də ona aid olan obyektlər, onun əmisi oğlu Zaur Əhmədova keçib. Zaur Əhmədov da öz növbəsində Rövşənin ölümündə "Lotu Quli"ni günahlandıraraq, ondanqisasını almağa and içib.

"Qisas üçün Zaur Əhmədov öz çoxmilyonluq varidatını qurban etməyə hazırdır və hazırda "Hacı Beyləqanski”yə aktiv kömək göstərir”, – deyə "Praym Kraym”a danışan mənbə bildirir.

Bununla yanaşı Moskvada "Hacı” 2 zirehli avtomobil ilə təmin olunub və onun təhlükəsizliyini nüfuzlu "FQUP” mühafizə şirkətinin köhnə "OMON”çulardan təşkil olunan əməkdaşları qoruyur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ