SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Baş nazir Serj Sarkisyan istefa verdi - “Səhv etdim...”

Baş nazir Serj Sarkisyan istefa verdi - “Səhv etdim...”

Tarix:

23-04-2018, 16:32

/ 1 571 dəfə oxundu.
Baş nazir Serj Sarkisyan istefa verdi - “Səhv etdim...”

Yerevanda baş verən etirazların fonunda Ermənistanın baş naziri Serj Sarkisyan istefa verməyə məcbur olub.

Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb:

“Əziz soydaşlarım. Sizə sonuncu dəfə dövlət başçısı kimi müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Baş verən situasiyada bir neçə həll yolu var, lakin mə onlardan heç birinə getməyəcəm. Bu mənə görə deyil. Mən baş nazir postumu buraxıram. Küçə hərəkatlarə mənim baş nazirliyimə qarşı keçirilir. Mən sizin tələbinizi yerinə yetirirəm”.

Qeyd edək ki, namizədliyi hakim Respublikaçılar və Daşnaksütyun partiyası tərəfindən irəli sürülən Serj Sarkisyan aprelin 17-də parlamentin xüsusi iclasında baş nazir seçilmişdi.

Şərhlər

XƏBƏR LENTİ