SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Gül yenidən hakimiyyətə gəlmək istəyir?

Gül yenidən hakimiyyətə gəlmək istəyir?

Tarix:

19-04-2018, 12:06

/ 1 594 dəfə oxundu.
Gül yenidən hakimiyyətə gəlmək istəyir?

Türkiyənin sabiq prezidenti və hakim AKP-nin iki qurucusundan biri olan Abdullah Gül yenidən prezidentliyə namizəd ola bilər.
Səadət Partiyasının lideri Təməl Karamollaoğlu bunu istisna etmir.

O bildirib ki, Gülün prezident seçkilərinə qatılmasını və “Səadət”in namizədi olmasını istəyirlər.

“Biz bütün siyasilərlə dialoqa açığıq. Hər kəslə danışıqlar aparacaöıq. Hazırda müxalifətdəki partiyalarla və liderlərlə, eləcə də, Güllə də fürsət olan kimi görüşəcəyik.

Fikrimizi bilmək istəyirsinizsə, biz Gülün namizədimiz olmasını və seçkilərə qatılmasını istəyirik”, - deyə Karamollağlu əlavə edib.

Qeyd edək ki, Gülün namizədliyi məsələsi bir müddət öncə CHP-nin sabiq lideri Dəniz Baykal tərəfindən də dilə gətirilmişdi.

Gülün özünün də namizəd kimi seçkilərdə iştirakda maraqlı olduğu söylənilir.

Şərhlər

XƏBƏR LENTİ