yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Türkiyə növbədənkənar seçkilərə gedir?!

Türkiyə növbədənkənar seçkilərə gedir?!
18-04-2018, 10:43 257 dəfə baxılıb

Türkiyə növbədənkənar prezident və parlament seçkilərinə (erkən seçimə - red.) gedə bilər.

Xalqxeber.Az-ın xəbərinə görə, seçkilərə gedib-getməməklə bağlı qərar Türkiyə prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğanla ittifaq ortağı olan MHP lideri Dövlət Baxçalı arasında bu gün günorta saatlarında keçiriləcək görüşdə veriləcək.

Qeyd edək ki, görüş təklifi Ərdoğandan gəlib.

Onu da vurğulamaq lazımdır ki, Baxçalı dünən MHP-nin TBMM-dəki növbəti qrup toplantısında çıxışı zamanı gözlənilmədən iqtidarı və ittifaq ortağı olan Ərdoğanı növbədənkənar prezident və parlament seçkiləri keçirməyə çağırıb.

O deyib ki, türk və Türkiyə düşmənlərinə birdəfəlik sarsıdıcı zərbə vurmaq üçün 2019-cu ilin 3 noyabr tarixində keçiriləcək seçkilər bu ilin avqustun 26-na təyin edilsin.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ