yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Fransa verdiyi medalı Əsəddən geri istəyir

Fransa verdiyi medalı Əsəddən geri istəyir
17-04-2018, 14:52 255 dəfə baxılıb

Fransa Suriya prezidenti Bəşər Əsədə verilmiş "Legion d'Honneur" dövlət nişanını geri almaq üçün işlərə başlayıb.

Xarici KİV-ə istinadən xəbər veririk ki, dövlət nişanı 2001-ci ildə o dövrdə Fransaya rəhbərlik etmiş Jak Şirak tərəfindən təqdim edilmişdi. Şirak 2000-ci ildə atasının 30 illik hakimiyyətindən sonra islahatlar ümidilə prezident seçilən Bəşər Əsədi şərəfləndirmək üçün medalı vermişdi.

Fransada 2010-cu ildə qəbul olunan qərara əsasən mükafat medala layiq olmayacaq addımlar atan xarici şəxslərdən geri alına bilər.

Qeyd edək ki, ABŞ, İngiltərə və Fransa Suriya hökümətini Duma şəhərində kimyəvi silah istifadəsində ittiham edir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ