SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Şəhriyarın heykəlini dağıtdılar - Foto

Şəhriyarın heykəlini dağıtdılar - Foto

Tarix:

16-04-2018, 11:06

/ 1 269 dəfə oxundu.
Şəhriyarın heykəlini dağıtdılar - Foto

Ərdəbil əyalətinin Parsabad şəhərində Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın büstü naməlum şəxslər tərəfindən sökülüb
Şəhriyar meydanında böyük şairin xatirəsinə qoyulmuş büstün kimlər tərəfindən söküldüyü dəqiq bilinmir.
Hadisə ilə bağlı yüzlərlə azərbaycanlı Şəhriyar meydanına toplaşaraq, etiraz aksiyası keçiriblər.
Yerli mətbuat orqanları yazıb ki, hadisəyə olan həssaslıq şəhər prokurorunun məsələyə müdaxilə etməsinə səbəb olub.
Parsabad prokuroru bildirib ki, ustad Şəhriyarın büstü sökülərkən Şəhər Şurasının üzvlərindən biri hadisə yerində olub. Baş verənlərlə bağlı həmin şəxs məhkəməyə çağırılıb.
Şəhriyarın heykəlini dağıtdılar - Foto
Şəhriyarın heykəlini dağıtdılar - Foto

Şərhlər

XƏBƏR LENTİ