yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İrəvan sakinləri Sarkisyana qarşı - Etirazçılar yolu bağladı

İrəvan sakinləri Sarkisyana qarşı - Etirazçılar yolu bağladı
16-04-2018, 10:23 207 dəfə baxılıb

“Vətəndaş müqaviləsi” birliyi partiyasının şura üzvü Nikol Paşinyan tərəfdarları ilə birgə İrəvanda Baqramyan prospektini bağlayıb.

“News.am”-a istinadən xəbər veririk ki, onlar yolun hərəkət hissəsində əyləşərək avtomobillərin hərəkətinə mane olurlar.
İşə tələsən ermənilər isə yaranan vəziyyətə görə narazılıqlarını bildirirlər. Paşinyan narahatlığa görə üzr istəyib, amma eyni zamanda qeyd edib ki, siyasi aksiya davam etdirilir:

“Biz narahatlıq verdiyimiz vətəndaşlardan üzr istəyirik. Lakin bu balaca narahatlıqla daha böyük narahatlıqdan - Serj Sarkisyan və Respublikaçı Partiyasından yayınmağa çalışırıq”. O, həmçinin qeyd edib ki, tezliklə digər küçələr də bağlanacaq.

Polis aksiyanın keçirildiyi ərazini mühasirəyə alıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ