SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Putindən çox sərt xəbərdarlıq — YENİ DÖNƏM BAŞLAYIR?

Putindən çox sərt xəbərdarlıq — YENİ DÖNƏM BAŞLAYIR?

Tarix:

23-02-2017, 12:01

/ 1 931 dəfə oxundu.
Putindən çox sərt xəbərdarlıq — YENİ DÖNƏM BAŞLAYIR?

Bu barədə BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib. Onun sözlərinə görə, Rusiya rəsmi Dəməşqə müraciət edərək danışıqlar müddətində bombardmanları dayandırmağa çağırıb.

Suriya hökuməti ilə müxalifət arasında başlanan 6 illik daxili müharibənin bitməsi məqsədilə keçiriləcək görüşdən əvvəl mətbuat konfransı keçirən Mistura Cenevrə görüşlərində problemin həllində dönüş nöqtəsi olacağını vurğulayıb.

“Rusiya Suriyanı danışıqlar müddətində bombardmanları dayandırmağa çağırıb. Bu barədə Rusiya rəhbəri Bəşər Əsədə xəbərdarlıq edib”, - deyə Mistura bildirib.

Hazırlanacaq yeni Suriya qanunları ilə bağlı Mistura bunları deyib:

“Suriyada qəbul ediləcək qanunların məğzi və forması Suriya xalqının daxili işidir. Bu nə biizm, nə də başqa birinin işi deyil”.

Qeyd edək ki, fevralın 22-də Staffan de Mistura Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Görüşdə Suriya üzrə Cenevrə və Astanada aparılan danışıqlar, ölkədə münaqişənin nizamlanması müzakirə edilib.

Şərhlər

XƏBƏR LENTİ