SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Azərbaycan vətəndaşının Moskavadakı pul saxtarlığı üzə çıxıb

Azərbaycan vətəndaşının Moskavadakı pul saxtarlığı üzə çıxıb

Tarix:

9-04-2018, 14:47

/ 1 218 dəfə oxundu.
Azərbaycan vətəndaşının Moskavadakı pul saxtarlığı üzə çıxıb

Azərbaycan vətəndaşı Moskvada 16,6 milyon dollar həcmində saxtakarlığa görə Moskva polisi tərəfindən tutulub.

“Moskva” agentliyinə istinadən xəbər veririk ki, 2014-cü ilin iyul ayında 1950-ci il təvəllüdlü Azərbaycan vətəndaşı böyük Sinqapur şirkətinin pulunu ələ keçirmək istəyib.

O, bu şirkətin direktoru ilə tanış olub və onun restoran və mehmanxana biznesinə malik olan şirkətinin səhmlərinin 100%-nə sahib olduğuna əmin edə bilib. Əslində, şirkətin səhmlərinin 25%-i “Lenkom” dövlət teatrına məxsusdur.

Sinqapurlu iş adamı şirkətin səhmlərinin satın alınması üçün 38 milyon dollar həcmində müqavilə bağlayıb. Daha sonra Azərbaycan vətəndaşı 16,6 milyon dolları açdığı şəxsi hesabına köçürüb.

Cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ