SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Həbsxanada dəhşət: 78 dustaq diri-diri yanıb öldü

Həbsxanada dəhşət: 78 dustaq diri-diri yanıb öldü

Tarix:

29-03-2018, 11:30

/ 1 353 dəfə oxundu.
Həbsxanada dəhşət: 78 dustaq diri-diri yanıb öldü

Venesuelanın Karabobo ştatında həbsxanada üsyan qalxıb, ardınca da yanğın baş verib

Rusiya mətbuatının məlumatına görə, yanğında 78 nəfər həyatını itirib. Onlardan 68-i kişi, 10-u isə qadındır.

Ölənlərin məhbus və onları ziyarət etməyə gəlmiş yaxınları olduğu bildirilir. Onlar tüstüdən boğulma və yanıq xəsarətindən ölüb.

Üsyan baş verən vaxt həbsxanada 100 məhbus olub.

Məhbusların yaxınları meyitləri müəyyən etmək üçün Valensiya şəhərinin meyitxanasında toplanıblar.

Ölən məhbusların yaxınları yanğının üsyanı yatırtmaq üçün bilərəkdən çıxarıldığı ehtimalını irəli sürüblər. Əvvəl içəridən qısa müddətli atışma səsi gəlib, ardınca tüstü qalxıb. Məhkumların birinin anası oğlunun ona zəng edərək kameraların önünə benzin tökdüklərini deyib.

Şərhlər

XƏBƏR LENTİ