SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiyada azərbaycanlı ögey qızını öldürməkdə ittiham olunur - VİDEO

Rusiyada azərbaycanlı ögey qızını öldürməkdə ittiham olunur - VİDEO

Tarix:

15-03-2018, 10:49

/ 1 812 dəfə oxundu.
Rusiyada azərbaycanlı ögey qızını öldürməkdə ittiham olunur - VİDEO

İki gün əvvəl Rusiyanın Soçi şəhəri yaxınlığında yerləşən Bestujevsk kəndində beş yaşlı Veronika Trişkina yoxa çıxıb.

Bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

Qızcığaz Qlavnaya küçəsində yerləşən evini tərk edib və bir daha geri qayıtmayıb. Qızın xalasının dediyinə görə, uşağın atalığı Azərbaycan vətəndaşı olan Murad Şahmirzəyev axşam saatlarında azyaşlı oğlu ilə bankomatdan pul çıxarmağa yollanıb, Veronikanı isə həyətdə təkbaşına qoyub.

O, geri dönəndə qız yerində olmayıb. Kişi itmiş qızını 3 saata yaxın axtarıb, sonradan qohumlara bu barədə xəbər verib. Daha sonra isə yaş yarımlıq oğlunu yaxınlarına təhvil verib və özü də yoxa çıxıb.

Bütün bunlar baş verən vaxt qızın anası doğum evində olub və üçüncü övladını dünyaya gətirib. Hadisədən xəbər tutan kimi, körpəni xəstəxanada qoyaraq, Veronikanın axtarışlarına başlayıb. Özünün dediyinə görə, qızı heç vaxt böyüklərin müşayiəti olmadan binanın həyətindən uzaqa getməyib.

Şahmirzəyev hüquq mühafizə orqanları əməkdaşları tərəfindən hostellərin birində aşkarlanıb. Polis bölməsində yalan detektoru ilə sorğu-sual edilən zaman beş yaşlı ögey qızını öldürdüyünü etiraf edib.

Murad Şahmirzəyev qızı hansı şəkildə və harada qətlə yetirdiyini, həmçinin meyiti harada gizlətdiyini bildirib. Faktla bağlı istintaq davam edir. Şahmirzəyevin saxlanılmasının görüntüsünü təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ