yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

İkisi hamilə idi, 3-ü bu yaz evlənəcəkdi - “Qara qutu” tapıldı

İkisi hamilə idi, 3-ü bu yaz evlənəcəkdi - “Qara qutu” tapıldı
12-03-2018, 12:09 357 dəfə baxılıb

İranda qəzaya düşən Türkiyə təyyarəsinin qara qutusu tapılıb.

Bu barədə İranın “İRNA” rəsmi agentliyinə Çaharmahal və Bəxtiyari əyalətinin Qızıl Aypara cəmiyyətinin axtarış və xilasetmə qrupunun rəhbər yardımçısı Rıza Zahiri məlumat verib. Qara qutu şifrəsinin açılması üçün mütəxəssislərə təqdim ediləcək. Yaxın saatlarda İrana xüsusi reyslə gələn Türkiyə nümayəndə heyəti və qəzada ölənlərin yaxınları eniş edəcəklər.

Zahirinin sözlərinə görə, axtarış-xilasetmə dəstəsi hadisə baş verən əraziyə çatıb və meyitlər tapılıb. Bütün cəsədlər yandığı üçün kimliklərinin müəyyən edilməsi üçün isə DNA testinə ehtiyac olacaq.

Türkiyə mediası ölən qadınlardan ikisinin hamilə olduğunu, 3-nün isə bu yaz evlənməyi planlaşdırdıqlarını yazır.

Xatırladaq ki, BƏƏ-dən İstanbula gedən “Başaran Holding”ə aid şəxsi təyyarə İranda qəzaya düşüb. Üçü ekipaj üzvü olmaqla 11 qadın həlak olub. Göyərtəsində “subaylığa vəda” partisindən qayıdan iş adamı Hüseyin Başaranın qızı Mina Başaran və rəfiqələri olub.
İkisi hamilə idi, 3-ü bu yaz evlənəcəkdi - “Qara qutu” tapıldı
İkisi hamilə idi, 3-ü bu yaz evlənəcəkdi - “Qara qutu” tapıldı


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ