yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bir Sarkisyan getdi, digəri gəldi - Ermənistan yeni prezidenti seçdi

Bir Sarkisyan getdi, digəri gəldi - Ermənistan yeni prezidenti seçdi
2-03-2018, 12:59 725 dəfə baxılıb

Ermənistan parlamentində bu gün prezident seçkiləri ilə bağlı səsvermə keçirilib.

Yeganə namizəd – Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim Ermənistan Respublikası Partiyası tərəfindən, indiki dövlət başçısı Serj Sarkisyanın təklifi ilə irəli sürülüb.

Səsvermədə 101 deputat iştirak edib. A.Sarkisyanın namizədliyini 90 deputat dəstəkləyib, 10-u əleyhinə səs verib. Beləliklə də, Armen Sarkisyan Ermənistanın dördüncü prezidenti seçilib.

Qeyd edək ki, 2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən, Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarə üsuluna keçir. Bundan sonra prezident məhdud səlahiyyətlərə malik olacaq, belə ki, ölkəyə rəhbərliyi baş nazir həyata keçirəcək.

Serj Sarkisyanın prezident səlahiyyəti aprelin 9-da başa çatacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ