XalqXəbər.Az

Ələddin Məmmədov ailənin 6 üzvünün öldüyü yanğın haqda: - “Daha 3 nəfər yaxın günlərdə ölə bilər...”

yüklənir...
Ələddin Məmmədov ailənin 6 üzvünün öldüyü yanğın haqda: - “Daha 3 nəfər yaxın günlərdə ölə bilər...”
22-02-2018, 12:07
yüklənir...

Rusiyanın Orenburq şəhərində fevralın 12-də baş vermiş və azərbaycanlı ailənin 6 üzvünün öldüyü yanğında ağır xəsarətlər alan daha 3 nəfər yaxın günlərdə xəstəxanada ölə bilər.

Bu haqda Orenburqdakı Azərbaycan Milli Konqresinin prezidenti Ələddin Məmmədov “Exo Moskva Orenburqda” radiosuna açıqlamasında deyib.

Xəbər verildiyi kimi şəhərin Salmışsk küçəsində yerləşən çoxmərtəbəli binada yerləşən mənzillərdən birində baş vermiş güclü yanğında azərbaycanlı ailənin 4 üzvü- Rusiya və Azərbaycan vətəndaşları olan Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) yanaraq ölüb.

Həmin vaxt mənzildə olan daha 5 nəfər - Sevinc Quliyeva Zaur qızı (8 yaş), Aytən Quliyeva Eysavar qızı (19 yaş), Sədaqət Quliyeva Eysavar qızı (1992-ci il təvəllüdlü), Sevinc Quliyeva Şiraslan qızı (1969-cu il təvəllüdlü), İzzət Quliyeva (82 yaş) yanıq xəsarətləri alıblar. Onlardan ikisi xəstəxanada keçinib.

Hazırda yanıq xəsarətləri alan 3 nəfər xəstəxananın reanimasiya şöbəsindədir. Ələddin Məmmədov deyir ki, onlardan təkcə birinin-azyaşlı uşağın yaşamaq üçün cüzi şansı var. Qalanların isə həyatını xilas etmək mümkün görünmür.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.