SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiyanın Mərkəzi Bankı qarət edildi

Rusiyanın Mərkəzi Bankı qarət edildi

Tarix:

16-02-2018, 14:56

/ 1 589 dəfə oxundu.
Rusiyanın Mərkəzi Bankı qarət edildi

Rusiya Mərkəzi Bankı ötən il beynəlxalq pul transferi sistemi olan SWIFT-ə edilən haker hücumu nəticəsində sistemdən 6 milyon dollar oğurlandığını açıqlayıb.

Xarici KİV-ə istinadən xəbər veririk ki, bu barədə Rusiya Mərkəzi Bankının Rusiya banklarına qarşı həyata keçirilən oğurluqlar adlı hesabatında bildirilib.

Hadisənin kimlər tərəfindən törədildiyi məlum olmayıb. SWIFT sisteminin sözçüsü Nataşa de Teran məsələyə münasibət bildirməkdən imtina edib.

Qeyd edək ki, hakerlər dekabrda Rusiyanın dövlət bankı olan Globex-dən 55 milyon rubl oğurlanmağa çalışıblar. 2016-cı ilin fevralında isə Banqladeş Bankından 81 milyon dollar oğurlanıb.

Şərhlər

XƏBƏR LENTİ