SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qarabağ veteranı şikayətçidir - ““Get imtahan ver” deyirlər”

Qarabağ veteranı şikayətçidir - ““Get imtahan ver” deyirlər”

Tarix:

14-02-2018, 11:42

/ 1 638 dəfə oxundu.
Qarabağ veteranı şikayətçidir - ““Get imtahan ver” deyirlər”

Qarabağ veteranı, Xocavənd-Beyləqan istiqamətində gedən döyüşlərin iştirakçısı Fərid Qulamov şəxsi-qərəzliyin qurbanıdır. 12 il tarix müəllimi kimi fəaliyyət göstərən F.Qulamov müəllimlikdən Dövlət Miqrasiya Xidmətinə qədər uzanan yolda ona “yol yoldaşı” olan Səmədağa Abdullayevdən şikayətçidir.

Bu barədə Modern.az-a danışan F.Qulamov deyir ki, müəllim işlədiyi dövrdə, təxminən 2003-cü ildə Lənkəran Təhsil şöbəsinin müdiri Səmədağa Abdullayev olub. Onun qardaşı Dövlət Sərhəd Xidmətinin Maddi-təchizat idarəsinin rəisinin birinci müavini Cavid Abdullayevdir.

F.Qulamovun sözlərinə görə, Səmədağa Abdullayev məhz qardaşının dəstəyilə Lənkəran Təhsil şöbəsinin müdiri təyin olunub:

“Səmədağa Abdullayev vəzifəyə təyin olunan kimi mənim işlədiyim məktəbi dağ məktəbinə dəyişdi. Çox çətinliklərim oldu. Sonradan 2007-ci ildə miqrasiya orqanlarında dövlət qulluğuna keçirilən qəbulda iştirak etdim. 2011-ci ildə 70 bal toplayaraq Miqrasiya Xidmətinə qəbul oldum. Beləliklə, Lənkəran Regional Miqrasiya İdarəsinə inspektor vəzifəsində stajçılıq etməyə başladım. İşim yaxşı olduğundan 2012-ci il yanvarın 5-də müəllimlikdən də öz ərizəmlə çıxdım. Həmin gün də Dövlət Miqrasiya Xidmətinə qulluğa qəbul olundum. Andiçmədən sonra xidməti fəaliyyətimə başladım.

Həmin il Səmədağa Abdullayev artıq Lənkəran İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini idi. Belə bir vaxtda 2012-ci ilin aprel ayında Səmədağa Abdullayev sərxoş vəziyyətdə avtomobili idarə edərkən iki bacını vurub öldürüb. Maraqlıdır ki, şəxsi avtomobilinə dövlət nömrəsi bağlatdırmışdı. Sonra məsuliyyətdən yayınaraq, işi sürücüsünün boynuna qoydu. İstintaq gedə-gedə ölənlərdən birinin həyat yoldaşı ilə aparılan danışıqlardan sonra Səmədağa Abdullayevdən şikayət edilmədi. Həmin adam Bakıdakı məşhur banklardan birində çalışırdı. Avqust ayında Səmədağa Abdullayev vəzifədən kənarlaşdırıldı”.

Taleyin oyununa bax ki, Səmədağa Abdullayev Miqrasiya Xidmətində də Fərid Qulamovun qarşısına çıxır:

“Vəzifədən kənarlaşdırılandan 10 gün sonra Səmədağa Abdullayev himayədarlarının hesabına Lənkəran Miqrasiya Xidmətinə rəis müavini təyin olundu.
Qısa müddətdə ona miqrasiya xidmətinin müşaviri rütbəsi verildi. Mən həmin dövrdə stajçı idim. Səmədağa vəzifəyə təyinat alan gündən məni qaralamağa, işlərimdə nöqsan axtarmağa başladı. Mənə müsbət xasiyyətnamə yazıldı, 6 aylıq sınaq dövrü keçdim.

Müddətli müqavilə bağlandı, heç bir töhmət almadım, işlərimin öhdəsindən lazımınca gəldim. Attestasiya olmalı idi, amma olmadı. Xəbər gəldi ki, Xidmətin rəisi məzuniyyətə çıxır, təcili Bakıya çağırıldıq. Bakıya gəldim. Bizə xasiyyətnamələri təqdim etdilər. Səmədağa Abdullayev mənim barəmdə “geyiminə fikir vermir, kobudluğa yol verir” kimi xasiyyətnamə yazmışdı. Anladım ki, məni işdən uzaqlaşdıracaqlar. Həmin vaxt Attestasiya Komissiyanın müvəqqəti sədr əvəzi Elman Əliyev idi. Mənə tarixlə bağlı suallar verdilər.

Məni hərbi xidmətdə olmamaqda ittiham etdilər. Səhəri günü Səmədağa Abdullayev mənə işdən çıxrıldığımı bildirdi. Mənə dedi ki, “sən işsiz qalmayacaqsan, səni məktəbə işə düzəldəcəm”.

Mən razılaşmadım və dedim ki, mübarizəmi hüquq müstəvisində aparacağam. Xidmətin sədri Firudin Nəbiyevə məktub yazdım. Apelyasiya şikayəti verdim.

Bütün müraciətlərim mənim əleyhimə oldu. İndi “get imtahan ver” deyirlər. Amma öz adamlarını istədikləri kimi qəbul edirlər. Mənim yeganə istəyim yenidən Miqrasiya Xidmətinə qəbul edilməkdir”.
Qarabağ veteranı şikayətçidir - ““Get imtahan ver” deyirlər”
Qarabağ veteranı şikayətçidir - ““Get imtahan ver” deyirlər”

Şərhlər

XƏBƏR LENTİ