SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Dağıstanda həbs dalğası: Bir qrup məmur Azərbaycana qaçmağa cəhd etdi

Dağıstanda həbs dalğası: Bir qrup məmur Azərbaycana qaçmağa cəhd etdi

Tarix:

6-02-2018, 14:12

/ 1 644 dəfə oxundu.
Dağıstanda həbs dalğası: Bir qrup məmur Azərbaycana qaçmağa cəhd etdi

Dağıstanda korrupsioner məmurlara qarşı yönəlmiş kütləvi həbs dalğası davam edir
Dağıstan mənbələriistinadən xəbər verir ki, Dağıstan rəhbərliyi bütün məmurlara respublikanın hüdudlarını tərk etməyi qadağan edib.
Lakin bir qrup məmur Rusiya ərazisini tərk edərək Azərbaycana qaçmağa çalışıb. Bildirilir ki, Mahaçqaladan bir qrup məmur Azərbaycana keçmək üçün Stavrapol vilayətinə gedib. Lakin orada onları saxlayıblar və Dağıstana geri qaytarıblar.
***
Dağıstanda hökumət başçısı Abdusamid Həmidovun və müavinlərinin, habelə bir sıra məmurların həbsinin ardınca respublika başçısı səlahiyyətlərini icra edən Vladimir Vasilyev “qanunsuzluq dövrünün başa çatdığını” elan edib.Və bildirib ki, respublikada tikilən bütün qanunsuz obyektlər söküləcək.
“Mən bütün tikinti aparanlara xəbərdarlıq edirəm, qanunsuzluq dövrü başa çatdı. Qanunsuz tikintilər daha olmayacaq. Kim ki, indi tikməkdə davam edir, xəbərdarlıq edirəm, pullarını boş yerə xərcləməsinlər. Söküləcək”-Vasilyev deyib.
Dağıstan başçısı əlavə edib ki, onun təyinatından sonra məhkəmələr bir dəfə də olsun qanunsuz tikintilərin xeyrinə qərar çıxarmayıb.
Xəbərlərə görə bu gün məhkəmə Abdusamid Həmidovun və digər məmurların barəsində həbs qətimkan tədbiri seçib. Onlara qarşı iri məbləğdə dələduzluq ittihamı irəli sürülüb. Jurnalistlər bildirir ki, həbs dalğası Dağıstanın keçmiş rəhbəri, hazırda prezident Vladimir Putinin Xəzər regionu üzrə səlahiyyətli nümayəndəsi Ramazan Abdulatipovun qardaşı Rəcəbə də çata bilər. Belə ki, onun da büdcə vəsaitlərinin mənimsənilməsində əli olduğu haqda məlumatlar var. Söhbət Dərbəndin 2000 illiyi münasibətilə Narınqalanın bərpası layihəsinə ayrılan vəsaitlərin mənimsənilməsindən gedir.

Virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ