SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Berlinin azərbaycanlı komissarı: Qızlarımız polis sənətini seçsinlər

Berlinin azərbaycanlı komissarı: Qızlarımız polis sənətini seçsinlər

Tarix:

26-01-2018, 13:24

/ 2 908 dəfə oxundu.
Berlinin azərbaycanlı komissarı: Qızlarımız polis sənətini seçsinlər

İstərdim ki, azərbaycanlı qızlar polis sənətini seçsinlər.
Bunu Oxu.Az-a Berlinin Noyköln rayonunda polis komissarı işləyən 29 yaşlı azərbaycanlı Lana Atakişiyeva bildirib.
Öz gözəlliyi və işi ilə Almaniya və Azərbaycan mətbuatının gündəmində olan 29 yaşlı azərbaycanlı polis komissarı qeyd edib ki, o, idmanla məşğul olur.
“15 yaşında Berlinə gəlmişəm. Alman dilində bir söz belə bilmirdim, lakin qarşıma məqsəd qoyub arzularıma çatdım”.
Berlin İqtisadiyyat və Hüquq Universitetinə daxil olub, polis xidməti fakültəsində oxuyan Lananın sözlərinə görə, Almaniyada qadın polislərin sayı çoxdur:

“İşimi ciddi görürəm, özümə güvənim çoxdur. Qarşımda olan şəxs də özgüvənimi hiss edir”.
Almaniyada qadın polislərə qarşı olan münasibətdən danışan 29 yaşlı azərbaycanlı onu da qeyd edib ki, ətrafdakılar onun işini tam ciddi qəbul edirlər.
Xarici görünüşü ilə diqqəti cəlb edən Lana vurğulayıb ki, görünüşü onun işinə heç bir mane törətmir.
Berlinin azərbaycanlı komissarı: Qızlarımız polis sənətini seçsinlər
Berlinin azərbaycanlı komissarı: Qızlarımız polis sənətini seçsinlər
Berlinin azərbaycanlı komissarı: Qızlarımız polis sənətini seçsinlər
Berlinin azərbaycanlı komissarı: Qızlarımız polis sənətini seçsinlər

Şərhlər

XƏBƏR LENTİ