SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Prezident arvadından absurd açıqlama - “Ölsə də, seçiləcək”

Prezident arvadından absurd açıqlama - “Ölsə də, seçiləcək”

Tarix:

18-02-2017, 13:29

/ 1 552 dəfə oxundu.
Prezident arvadından absurd açıqlama - “Ölsə də, seçiləcək”

Zimbabvenin 51 yaşlı birinci xanımı Qreys Muqabe prezident seçkiləri ilə bağlı qalmaqallı bəyanat verib.

Xarici KİV-ə istinadən xəbər veririk ki, birinci xanım bildirib ki, əgər əri, 92 yaşlı prezident Robert Muqabe ölərsə, onun adı yenə də seçki bülletenlərində peyda olacaq və bütün hallarda qalib gələcək:

“Bir gün Allah qərar versə və Muqabe ölərsə, o, yenə də namizəd kimi bülletendə peyda olacaq. Siz görəcəksiniz ki, insanlar ölmüş Muqabeyə necə səs verir. Mən ciddi deyirəm, insanlar öz prezidentlərini sevir”.

Qeyd edək ki, Muqabe 1980-ci ildən ölkəyə rəhbərlik edir və dünyanın ən yaşlı prezidentlərindəndir.

Şərhlər

XƏBƏR LENTİ