SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Əliyevin də getdiyi Davos forumu başlayır - ABŞ 18 il sonra ilk dəfə...

Əliyevin də getdiyi Davos forumu başlayır - ABŞ 18 il sonra ilk dəfə...

Tarix:

23-01-2018, 11:01

/ 1 479 dəfə oxundu.
Əliyevin də getdiyi Davos forumu başlayır - ABŞ 18 il sonra ilk dəfə...

Bu gün Ümumdünya İqtisadi Forumunun illik sessiyası 48-ci dəfə İsveçrənin Davos şəhərində baş tutacaq. Forum yanvarın 26-na kimi davam edəcək.

Bu dəfəki forumda ötən il qatılmayan ABŞ prezidenti Donald Tramp da iştirak edəcək. Lakin birinci ledi Melaniya Tramp bu səfərdə ölkə başçısını müşayiət etməyəcək.

Qeyd edək ki, bu foruma qatılan sonuncu ABŞ prezidenti 2000-ci ildə Bill Klinton olub. Trampdan başqa, forumda Fransa lideri Emmanuel Makron,

Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Tereza Mey, Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker, Hindistanın baş naziri Narendra Modi, Kanada baş naziri Castin Tryudo, İsrail baş naziri Binyamin Netanyahu, Ukrayna prezidenti Petro Poroşenko və digər dövlət və beynəlxalq təşkilat rəhbərləri iştirak edəcək.

BMT baş katibi Antonio Qutyerres Davos forumunda iş qrafikinin sıxlığı ilə bağlı iştirak edə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də foruma qatılacaq.

Şərhlər

XƏBƏR LENTİ