SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Türkiyədə 18 general azadlığa buraxıldı (SİYAHI)

Türkiyədə 18 general azadlığa buraxıldı (SİYAHI)

Tarix:

9-01-2018, 15:08

/ 1 476 dəfə oxundu.
Türkiyədə 18 general azadlığa buraxıldı (SİYAHI)

Türkiyədə 2016-cı ilin iyulun 15-də dövlət çevirlişinə cəhddə iştirak etməkdə ittiham olunaraq həbs edilən 18 general azadlığa buraxılıb.
"Yurdda Sülh Şurası"nın üzvü olmaqda şübhəli bilinərək tutulan generallar "barələrində tutarlı dəlil tapılmadığına" görə azadlığa çıxıblar.

İttiham aktında onların adı 15 iyul dövlət çevrilişinə cəhd planlaşdıran şəxslərin siyahısında olub, onların FETÖ-çülərin "ByLock" şəbəkəsindən istifadə etdiyi iddia edilirdi.

Sərbəst buraxılan yüksək rütbəli hərbçilərin FETO-çülər tərəfindən şərləndiyi qeyd olunur.

Azadlığa çıxan generalların siyahısı: Erdal Öztürk, Veli Yıldırım, Şener Yazıçıoğlu, Ömer Mesut Ak, Ali Akyürker, Murat Yaygın, Celalettin Çoban, Ercan İnceoğlu, Abdulla Barutcu, Ersin Yıldırım, İsmet Gökhan Gülmez, Adnan Arslan, Salih Sevil, Osman Nadir, Ersal Ölmez, Mustafa İlter, Abdullah Baysar, Mesut Savaş.

Şərhlər

XƏBƏR LENTİ