SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Google” məhkəməyə verildi

“Google” məhkəməyə verildi

Tarix:

9-01-2018, 11:39

/ 1 552 dəfə oxundu.
“Google” məhkəməyə verildi

“Google”un iki keçmiş əməkdaşı şirkətə qarşı maraqlı iddia qaldırıb.

Rus KİV-nə istinadən xəbər verir ki, Ceyms Deymor və Devid Qudman şirkəti ayrı-seçkilikdə ittiham ediblər. Kaliforniya ştatında Santa-Klara Ali Məhkəməsinə müraciət edən kişilər bildiriblər ki, hər ikisi dəri rənginə və siyasi baxışlarına görə təhqir ediliblər.

İddiada qeyd edilir ki, Qudman, Deymor və başqa əməkdaşlar siyasi düşüncələrinə, ağdərili olduqlarına görə təhqir edilib, cəzalandırılıblar. “Google” rəsmiləri isə iddialara aydınlıq gətirməyərək özlərini məhkəmədə müdafiə edəcəklərini deyiblər.

Şərhlər

XƏBƏR LENTİ