yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Azərbaycanlı alim MOSSAD-a çalışdığını etiraf etdi - Edam ediləcək

Azərbaycanlı alim MOSSAD-a çalışdığını etiraf etdi - Edam ediləcək
27-12-2017, 13:10 619 dəfə baxılıb

İran dövlət televiziyası İsrailin xeyrinə casusluq fəaliyyəti həyata keçirən azərbaycanlı alim Əhməd Rza Cəlalinin müsahibəsini yayımlayıb.

Müsahibədə Cəlali İsrail kəşfiyyatına İranın nüvənin zənginləşdirilməsi istiqamətində çalışan alimləri haqqında hansı məlumatları ötürdüyünü açıqlayıb. O, Avropa ölkələrindən birində təhsil alan zaman Tomas adlı şəxs tərəfindən təsir dairəsinə salındığını söyləyib. Cəlaliyə İsrail kəşfiyyatına çalışmaq qarşılığında siyasi sığınacaq və mükafat vədi verilib.

İran Müdafiə Nazirliyinin Əkskəşfiyyat İdarəsi tərəfindən hazırlanan proqramda Cəlalinin 2010-cu ildə öldürülən İran fizikləri Məsud Əli Məhəmmədi və Məcid Şəhriyari haqqında necə informasiya toplaması əks olunub. Proqramda Cəlalinin MOSSAD xəfiyyələri ilə 50 dəfə görüşdüyü və hər görüşdə 2000 avro aldığı bildirilib.

Edam qüvvədə qaldı

İran Ali Məhkəməsi artıq Cəlaliyə qarşı edam cəzasını qüvvədə saxlayıb. Tehran Prokurorluğu onun MOSSAD-a çalışdığını, eləcə də Müdafiə Nazirliyinin kompüter sistemlərini viruslara yoluxdurduğunu etiraf etdiyini bəyan edib. İsveç və İran vətəndaşlığına malik olan Cəlali sonradan yaydığı açıqlamada ona bu etirafların azadlığa buraxılmaq qarşılığında zorla etdirildiyini bildirib.

Müəmmalı qətllər

Cəlali 2016-cı ilin aprelində Tehrana səfəri zamanı həbs edilib. Həbsinə səbəb casusluq fəaliyyəti və Allahı tanımamaq olub. O, həbs edildikdən bir müddət sonra İran alimlərinin qətlində ittiham edilib. İran tərəfinin iddiasına görə, Cəlalinin İranı tərk etməzdən öncə Müdafiə Nazirliyində çalışması MOSSAD-ın diqqətini cəlb edib və bundan sonra o təsir dairəsinə salınıb.

2012-ci ildə alimlərin qətli məsələsi ucbatından Məcid Camal Paşa edam edilib. Onun edamından sonra İran televiziyası Paşanın alimlərə MOSSAD-la birgə Təl-Əvivdə necə sui-qəsd hazırlaması barədə etiraflarını yayımlamışdı.

2010-2012-ci illər ərzində İranın uranın zənginləşdirilməsi sahəsində çalışan 4 alimi qətlə yetirilib. İran bu qətllərdə ABŞ və İsraili ittiham edib. Qətllərin hamısı İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın hakimiyyəti dönəmində həyata keçirilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: etiraf, Edam, chalishdigini, alim, etdi, , Azerbaycanli, MOSSAD a, edilecek
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-10-2018


18-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ