yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı - Ərdoğan Trampa qarşı

Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı - Ərdoğan Trampa qarşı
13-12-2017, 13:15 324 dəfə baxılıb

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda baş tutan İslam Əməkdaşlığı Şurasının fövqəladə toplantısında çıxış edib. Xalqxeber.Az xəbər verir ki, toplantı müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz edən Türkiyə lideri bütün islam ölkələrini paytaxtı Qüds olan Fələstin dövlətini tanımağa çağırıb:
“Bu qədim şəhərin küçələrində bir neçə dəqiqə dolaşan hər kəs şəhərin işğal altında olduğunu anlayacaq. Onsuz da işğal altında olan bu şəhərlə bağlı belə bir qərarın heç bir hökmü ola bilməz.
Bu qərar hər şeydən əvvəl fələstinlilərin cəzalandırılması anlamına gəlir. ABŞ-ın bu hüquqsuz qərarına sadəcə İsrail dəstək verib. Bu qanunkənar qərarı tanımayan ölkələrə təşəkkür edirik.
Siz tək başınıza qərar ala bilməzsiniz. Dünya tək sizdən ibarət deyil. ABŞ kimi güclü ölkə ola bilsiniz, silahlarınız ola bilər, amma bunlar sizin güclü olduğunuzu ifadə etməz. Əgər haqlısınızsa güclüsünüz.
İsrail işğal dövlətidir, terror dövlətidir. 10 yaşındakı uşaqları o terrorçu əsgərlər saxlayırlar və dəmir qəfəslərin içərisinə toplayırlar. Ey Tramp, sənə daha nəyi başa salım, həqiqətlər ortadadır. İsrail etdiyi bütün terror əməllərinə görə mükafatlandırılır. Bu mükafatı verən isə Trampdır.
Trampın bu qərarı beynəlxalq hüququ çeynəməklə yanaşı, islam mədəniyyətinə endirilən zərbədir".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qarshi, paytaxti, kimi, Trampa, Felestinin, Qudsu, , chagirdi, tanimaga, Erdogan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-10-2018


18-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ