yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Səriştəsizlik, dərəbəylik, seksual əməllər... - Ermənistan ordusunda baş verənlər

Səriştəsizlik, dərəbəylik, seksual əməllər... - Ermənistan ordusunda baş verənlər
28-11-2017, 09:22 164 dəfə baxılıb

Son vaxtlar Ermənistan ordusunda pərakəndəlik, intizamsızlıq baş alıb gedir. Zabitlər məzuniyyətdən qayıtdıqdan sonra, əsgərlər isə hərbi xidmətdən yayınmaqla ordudan qaçma planlarını həyata keçirməyə başlayıblar. Bir neçə gün bundan öncə də mina partlayışı zamanı 3 erməni hərbiçisinin ölməsi orduda baş verən səriştəsizliyin artmasının daha bir göstəricisidir.

Hərbi texnika, həm də büdcə baxımından Azərbaycandan dəfələrlə geridə qalan Ermənistan nizam-intizam qaydalarının qorunması mövzusunda da geriləməkdə davam edir. Həmçinin Ermənistan cəmiyyətində Qarabağın Azərbaycana qaytarılmasını tələb edənlərin sayının çoxalması erməni valideynlərinin öz övladlarını düşünməsinə məcbur edib.

Ermənistanda baş verən hərc-mərclik hallarının artmasını Yenicag.az-a şərh edən hərbi ekspert Abuzər Əbilov orduda düzgün təlim-tədrisin aparılmamasını gərgin durumların yaranmasına yol açdığını deyib. O bildirib ki, belə olduğu halda isə gənclər ölüm hallarının artmasını gözə alaraq, xidmət etməkdən boyun qaçırır:

“Ermənistan ordusu Sovet İttifaqı dağılandan sonra özünün müasirləşməsi, hərbi biliklərə yiyələnməsi üçün heç nə etməyib. Bu dövlət ancaq Qarabağdakı separatçı rejimin tutduğu torpaqlara öz ordusunu yerləşdirməyə, çağırışçıların zorla oraya gətirilməsinə diqqətini yönəldib. Lakin fikirləşmirlər ki, bu ərazi başqa bir dövlətə məxsusdur. Məhz buna görə də ordu quruculuğundan kənarda qalıblar və bu hadisələr də baş verən proseslərin yaranmasına səbəb olur.

Bundan əlavə orduda olan dərəbəylik, zabitlərin əsgərlərə zor tətbiq etməsi, seksual əməllər Ermənistan ordusunun Qarabağ kontingentində zəifləmələrə və geriləmələrə gətirib çıxarır. Həmçinin Azərbaycan ordusunun peşəkarlığının gündən-günə yüksəlməsi, iqtisadi durumların yaxşılaşması, regional proyektlərdə iştirakı sözsüz ki, mənfur düşmənlərin həm ordusunda, həm də cəmiyyətində özünü göstərməli idi.

Ekspert həmçinin orduda xidmət etmək istəməyən gənclərin etiraz aksiyaları keçirməsi mövzusuna da aydınlıq gətirib:

Bu yaxınlarda tələbələr Ermənistan Müdafiə Nazirliyinin parlamentə təklif etdiyi qanuna zidd olaraq nümayiş göstərdilər. Bununla da həmin gənclər peşəkarlığı olmayan, texnika, silahlanma baxımından zəif olan orduda xidmət etmək istəmədiklərini bildirdilər. Aydın məsələdir ki, əsgərlərin səriştəsizlik göstərərək, minaya, qumbaraya düşməsi onların təlim-tədris proseslərinin zəif olmasının göstəricisidir. Bu isə utopiyadır və orduda qəbul olunan hal deyil.

Baş verən bu hallar da toplanaraq, Ermənistan cəmiyyətinə gedib çıxır. Bundan sonra gənclər orduda xidmət etməkdən boyun qaçırır, əsgər anaları ayağa qalxır və etirazlarını bildirirlər. Belə hallar da sözsüz ki, Ermənistanın sosial vəziyyətində böyük partlayışların yaranmasına gətirib çıxaracaq”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ordusunda, derebeylik, seksual, emeller, , bash, Serishtesizlik, verenler, Ermenistan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ