SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Meksikada cangüdən mühafizə etdiyi şirkət rəhbərini səhvən güllələyib

Meksikada cangüdən mühafizə etdiyi şirkət rəhbərini səhvən güllələyib

Tarix:

22-11-2017, 12:13

/ 1 440 dəfə oxundu.
Meksikada cangüdən mühafizə etdiyi şirkət rəhbərini səhvən güllələyib

Meksikanın “İzzi Telecom” telekommunikasiya şirkətinin rəhbəri Adolfo Laqos cangüdəni tərəfindən təsadüfən güllələnib.

Bu barədə Mexiko ştatının prokuroru Alexandro Qomes məlumat verib.

O bildirib ki, Teotiuakana piramidaları ərazisində velosipedlə gəzintiyə çıxan A. Laqos və onun cangüdəninə oğrular hücum edib. Laqosun cangüdəni oğruları atəş açan zaman güllə səhvən iş adamına dəyib. Nəticədə A. Laqos ölümcül xəsarət alıb.

Məlumata əsasən, oğrulardan biri də güllə yarası alıb. Hazırda cinayətkarların axtarışı davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ