SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiya azərbaycanlı iş adamına qarşı basqıları artırır - FTX "Palmali" barəsində araşdırmalara başlayıb

Rusiya azərbaycanlı iş adamına qarşı basqıları artırır - FTX "Palmali" barəsində araşdırmalara başlayıb

Tarix:

21-11-2017, 13:35

/ 1 620 dəfə oxundu.
Rusiya azərbaycanlı iş adamına qarşı basqıları artırır - FTX "Palmali" barəsində araşdırmalara başlayıb

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti "Palmali" şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı araşdırmalara başlayıb.

"Russia Today" telekanalına istinadən xəbər veririk ki, törəmə müəssisə 1 mlrd. rubl məbləğində vergidən yayınmaqda şübhəli bilinir. Bununla yanaşı, şirkət maliyyə vəsaitlərinin Rusiyadan çıxarılmasında ittiham olunur.

Bundan öncə, "Palmali"nin Rusiyanın Rostov şəhərindəki nümayəndəliyinin direktoru Aleksey Mixelev həbs olunub.

Bildirilib ki, o, su nəqliyyatı ilə yüklərin daşınmasından əldə olunan gəlirin məbləğini səhv və ya aşağı göstərib. Belə ki, şirkət qanunvericiliklə müəyyən olunan dövr ərzində 2010-cu ildə dövlət büdcəsinə 881 mln. rubl, 2011-ci ildə isə 401 mln. rubl məbləğində mənfəət vergisini ödəməyib.

Şərhlər

XƏBƏR LENTİ