SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İlham Əliyev, şeyx və Alim Qasımov ən məşhur 500 müsəlman arasında (SİYAHI)

İlham Əliyev, şeyx və Alim Qasımov ən məşhur 500 müsəlman arasında (SİYAHI)

Tarix:

14-11-2017, 16:37

/ 25 076 dəfə oxundu.
İlham Əliyev, şeyx və Alim Qasımov ən məşhur 500 müsəlman arasında (SİYAHI)

Dünyada islamla adı ən çox çəkilən 500 məşhur müsəlman ictimai və siyasi xadimin siyahısı tərtib olunub.

Məşhur "The World`s Most Influential Muslims" dərgisinin tərtib etdiyi siyahıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, Bütün Qafqazın şeyxi Şeyxülislam Hacı Allahşükür Paşazadənin və məşhur xanəndə Alim Qasımovun da adı var.

Belə ki, siyahıda Allahşükür Paşazadə 104-cü, prezident İlham Əliyev 115-ci, Alim Qasımov isə 160-cı sırada yer alıb.
İlk beşlikdə isə bu şəxslərdir:

1. Dr. Şeyx Əhməd ibn Məhəmməd əl Tayyib - Əl-Əzhar Universitetinin professoru

2. Kral Salman bin Əbdüləziz əs-Səud - Səudiyyə Ərəbistanının kralı

3. Abdullah II bin el-Hüseyin - İordaniya kralı

4. Seyyid Əli Hüseyni Xamenei - İran İslam Respublikasının 3-cü prezidenti, ictimai-siyasi xadim

5. Rəcəb Tayyib Ərdoğan - Türkiyə Respublikasının prezidenti

İlham Əliyev, şeyx və Alim Qasımov ən məşhur 500 müsəlman arasında (SİYAHI)
İlham Əliyev, şeyx və Alim Qasımov ən məşhur 500 müsəlman arasında (SİYAHI)
İlham Əliyev, şeyx və Alim Qasımov ən məşhur 500 müsəlman arasında (SİYAHI)

Şərhlər

XƏBƏR LENTİ