SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Fətullah Gülən aviaşirkətini ERMƏNİ İŞ ADAMINA SATIB

Fətullah Gülən aviaşirkətini ERMƏNİ İŞ ADAMINA SATIB

Tarix:

11-11-2017, 12:57

/ 86 064 dəfə oxundu.
Fətullah Gülən aviaşirkətini ERMƏNİ İŞ ADAMINA SATIB

Fətullah Gülən ona məxsus olan “Bora Jet“ aviaşirkətini erməni iş adamı Levon Temercyana satıb.
“Turkiye qazeti”nə istinadən xəbər veririk ki, artıq Türkiyə prokurorluğu işlə bağlı araşdırmaya başlayıb.
Ankara Ticarət Palatasının sabiq sədrinin kürəkəni Breket Öner prokurorluğa müraciət edərək “İş birliyimizi davam etdirmək üçün şirkətin yeni rəhbəri Baran Korkmazla tanış olmuşam”, deyə qeyd edib: “Biz biznesimizi ABŞ-dan olan Levon Temercyanla davam etdirmək niyyətindəyik və bu məqsədlə bir neçə dəfə Amerikada olmuşuq. Görüşlərin birində Baran Korkmaz mənə dedi ki, Levonla birlikdə Gülənlə görüşməliyik. Bu görüş 2016-ci ildə Türkiyədəki dövlət çevrilişi cəhdindən sonra olub. Sonra mən öyrəndim ki, Gülənin evində “Bora Jet” aviaşirkətinin satışı barədə söhbət gedib. Baran Korkmaz deyib ki, söhbət əsnasında bildirdim ki, onlarda şirkəti almaq üçün yetərli pul yoxdur. Gülənin adamları isə bildirdi ki, ancaq Levon lazımı həcmdə pulu verib”.
B.Öner əlavə edib ki, bu razılaşmanın əleyhinə çıxıb və qoyduğu vəsaiti geri tələb edib. Bu məqsədlə də prokurorluğa müraciət edib.
Öner bildirib ki, əslində aviaşirkət satılmayıb, Gülənin bir cibindən digər cibinə ötürüblər.

Şərhlər

XƏBƏR LENTİ