SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gədəbəydə kuryoz: başçı sahibkarın obyektini belə hördü-Fotolar

Gədəbəydə kuryoz: başçı sahibkarın obyektini belə hördü-Fotolar

Tarix:

10-11-2017, 15:07

/ 88 336 dəfə oxundu.
Gədəbəydə kuryoz: başçı sahibkarın obyektini belə hördü-Fotolar

Cənab prezident və Mehriban xanım, artıq altı ilə yaxın bir müddətdir ki, Gədəbəyin icra başçısı Ramiz Yediyarovun qanunsuz əməlləri ilə üz-üzə qalmışam”.

Bu sözləri Gədəbəydən sahibkar Bağırov Fəxrəddin Fərəməz oğlu ünvanladığı məktubda qeyd edib.

Prezidentə və I vitse-prezidentə üz tutan iş adamının sözlərinə görə, R.Yediyarov icra başçısı təyin olunan ay ona məxsus obyektin girişini kərpic divarla hördürüb, üzərinə plakat yapışdırıb.
“Sonra sizin sözləriniz yazılmış bu plakatı gecə ilə oğurladıb, şaxtalı havada obyektin qarşısına ağac əkdirdi. Ekologiya nazirinin rayona gəlişi ərəfəsində bu ağacları da çıxarıb, yerinə gül əkdirdi.
F.Bağırov deyir ki, foto şəkillərdən də göründüyü kimi, divarın onun obyektinə düşən günəş şüasının qarşısını kəsməkdən və Heydər Əliyev prospektinin görünüşünü pozmaqdan başqa heç bir əhəmiyyəti yoxdur:
“Mən bir neçə gün bundan əvvəl obyektimə işıq düşməsi üçün həmin divarın bir hissəsini sökdüm. Yediyarov isə bu gün yenidən həmin yöndəmsiz divarın tikilməsinə göstəriş verib və həmin divar yenidən hörülür.
Sizdən xahiş edirəm ,Yediyarov tərəfindən mənim şəxsi mülkiyyətimə qanunsuz müdaxilənin qarşısını alınması üçün müvafuiq orqanlara göstəriş verəsiniz, ona verdiyiniz səlahiyyətin şəxsi qisas vasitəsinə çevirməsinə imkan verməyəsiniz”.

Gədəbəy RİH-nin mövqeyini dərc etməyə hazırıq.

AzEuroNews.com
Gədəbəydə kuryoz: başçı sahibkarın obyektini belə hördü-Fotolar
Gədəbəydə kuryoz: başçı sahibkarın obyektini belə hördü-Fotolar
Gədəbəydə kuryoz: başçı sahibkarın obyektini belə hördü-Fotolar
Gədəbəydə kuryoz: başçı sahibkarın obyektini belə hördü-Fotolar
Gədəbəydə kuryoz: başçı sahibkarın obyektini belə hördü-Fotolar

Şərhlər

XƏBƏR LENTİ