SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Azərbaycanlı milyarderin Türkiyədəki stadionu əlindən alındı

Azərbaycanlı milyarderin Türkiyədəki stadionu əlindən alındı

Tarix:

25-10-2017, 13:13

/ 58 820 dəfə oxundu.
Azərbaycanlı milyarderin Türkiyədəki stadionu əlindən alındı

Antalyada 2009-cu ildə Telman İsmayılov tərəfindən 1,4 milyard dollara inşa edilən və 2010-cu ildə "Dünyanın ən lüks oteli" seçilən "Mardan Palace" otelinə aid "Mardan" stadionunun da yerləşdiyi 74 min 13 kvadrat metr ərazidə yerləşən idman kompleksi Sosial Müdafiə Fonduna (SGK) olan borclara görə satılır.
İdman kompleksinə 51 milyon lirə qiymət qoyulub. Həmçinin 28 min 394 kvadrat metr ərazisi olan stadionun yanındakı baza və işçilər üçün nəzərdə tutulmuş bina da 50 milyon lirəyə satışa çıxarılıb (ümumilikdə 101 milyon lirə).
Satışa çıxarılan idman kompleksində 4 tribunalı 1 futbol meydançası, 1 tribunalı 1 futbol meydançası və 2 məşq meydançası yer alıb. Bir müddətdi müştəri qəbulunu dayandıran otelin daşınmaz əmlakının satışı üçün keçiriləcək hərrac noyabrın 7-də Muradpaşa Sosial Müdafiə Fondunun binvsında baş tutacaq.
Qeyd edək ki, Telman İsmayılovun bir müddətdi problemləri var. Ötən ay bir tur şirkətinə olan borca görə azərbaycanqlı iş adasının oğlu Sərxan İsmayılova məxsus 2 milyon lirə dəyəri olan avtomobil müsadirə edilmişdi. "Mardan Palace"nin ANS Tur adlı bu şirkətə 465min lirə borcu var. Həmin avtomobili "Mardan Palace"nin açılış mərasimində Şaron Stuon, Riçard Gere, Şakira, Paris Hilton, Mariah Karey və Monika Bellucci kimi ulduzlar idarə edib.
Otelin suyu da təxminən 2 milyon lirə borc səbəbindən Antalya Böyükşəhər Bələdiyyəsinin Su və Kanalizasiya İdarəsi tərəfindən bu ayın əvvəlində kəsilib.

Şərhlər

XƏBƏR LENTİ