SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Tiflisdə azərbaycanlı kriminal avtoritet saxlanıldı - Xüsusi əməliyyat+Video

Tiflisdə azərbaycanlı kriminal avtoritet saxlanıldı - Xüsusi əməliyyat+Video

Tarix:

24-10-2017, 12:23

/ 59 665 dəfə oxundu.
Tiflisdə azərbaycanlı kriminal avtoritet saxlanıldı - Xüsusi əməliyyat+Video

Tiflisdə keçirilən xüsusi əməliyyat nəticəsində fırıldaqçılıqda ittiham olunan azərbaycanlı kriminal avtoritet saxlanılıb.

Gürcü KİV-nə istinadən xəbər verir ki, saxlanılan avtoritet Gəncə şəhərindəndir.

DİN əməkdaşları avtoriteti ötən gün yaxalasalar da, hadisə barədə bu gün məlumat yayılıb.

Məlum olub ki, saxlanılan azərbaycanlı Elçin gürcü “həmkarı” ilə birgə B.M adlı şəxsi ölümlə hədələyərək ondan 2 min dollar istəyiblər. Hüquq-mühafizə orqanları həmin şəxsləri qurbanın tələb olunan pulu verməsindən əvvəl ələ keçirə biliblər.

Belə ki, məkana əvvəlcədən yerləşdirilən video kamera vasitəsilə baş verənlər çəkilib. Videodan da göründüyü kimi, azərbaycanlı Gəncədən olduğunu “Malış krıtnıy” ləqəbi ilə tanındığını, həmçinin “böyük vor ailəsinin oğlu” olduğunu bildirir.

Şərhlər

XƏBƏR LENTİ