SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiyada qəhrəmanlığı ilə məşhurlaşan azərbaycanlı danışdı

Rusiyada qəhrəmanlığı ilə məşhurlaşan azərbaycanlı danışdı

Tarix:

23-10-2017, 11:47

/ 60 685 dəfə oxundu.
Rusiyada qəhrəmanlığı ilə məşhurlaşan azərbaycanlı danışdı

Sverdlovsk vilayətində bir ailəni yanğından xilas edən YPX əməkdaşı Baxış Kərimov hadisə ilə bağlı danışıb.

Baxış Kərimov hər şeyin təsadüfən baş verdiyini bildirib:

"İşdən evə qayıdırdım və alovu gördüm. Yanğınsöndürənə zəng etdim, şüşəni qırdım və evə daxil oldum. Orada qadınla kişi yatmışdı. Onları oyadanda dedilər ki, evdə 4 uşaq da var”.

Baxışovun sözlərinə görə, hər şey çox sürətlə baş verirdi: "He, kimdən qorxum yoxdur. O an qorxu haqda düşünmürdüm. Lazımdırsa, demək ki, lazımdır. Bizdə xidmət belədir. Hər kəs ağlayırdı, valideynlər də, uşaqlar da. Hələ də şokdadırlar”.

Rusiya mətbuatı isə yazır ki, əgər polis əməkdaşı işdən 15 dəqiqə gec çıxsaydı ev tamamilə yanmış olardı.
Rusiyada qəhrəmanlığı ilə məşhurlaşan azərbaycanlı danışdı
Rusiyada qəhrəmanlığı ilə məşhurlaşan azərbaycanlı danışdı

Şərhlər

XƏBƏR LENTİ