SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ukraynada biznesmenin qızı piyadaları vurdu - 5 ölü, 6 yaralı + Video

Ukraynada biznesmenin qızı piyadaları vurdu - 5 ölü, 6 yaralı + Video

Tarix:

19-10-2017, 15:03

/ 109 936 dəfə oxundu.
Ukraynada biznesmenin qızı piyadaları vurdu - 5 ölü, 6 yaralı + Video

Ukraynanın Xarkov şəhərində işıqforun yaşıl işığında gözləyən piyadaları vuran Lexus-un sahibi məlum olub.

Artıq piyadaların ölümünə səbəb olan Lexus-un sahibi polis tərəfindən saxlanılıb və məhkəmə haqqında həbs qərarı çıxarıb.

Məlum olub ki, sürücü yerli biznesmenlərdən olan “Qruppa-Tayfun”un rəhbəri Vasili Zayçevin 20 yaşlı qızı Yelena Zayçevadır.

Qeyd edək ki, hadisə Lexus-un sürücüsünün qırmızı işıqda yolu keçmək istəməsi nəticəsində baş verib. Bu zaman digər avtomobillə toqquşan Lexus yol kənarındakı piyadaları vurub. Nəticədə 5 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Yaralılardan biri - yeddi aylıq hamilə qadın hazırda komadadır.

Şərhlər

XƏBƏR LENTİ