yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Dəniz Baykal da AŞPA-da Azərbaycana qarşı səs verib

Dəniz Baykal da AŞPA-da Azərbaycana qarşı səs verib
13-10-2017, 10:52 88 880 dəfə baxılıb
yüklənir...

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı iki hesabat müzakirəyə çıxarılmış və əlavə və dəyişikliklər edildikdən sonra hər iki hesabat üzrə qətnamələr böyük səs çoxluğu ilə qəbul edilmişdi.

Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları- Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də olub.

Qeyd edək ki, həmin qətnamə 117 lehinə, 18 əleyhinə olmaqla qəbul edilmişdi.

Xatırladaq ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həmin qətnamələri sərt tənqid etmişdi: “Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Azərbaycanda gedən hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə "Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır" sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər”.
Dəniz Baykal da AŞPA-da Azərbaycana qarşı səs verib
Dəniz Baykal da AŞPA-da Azərbaycana qarşı səs verib


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Deniz, Azerbaycana, ses, qarshi, verib, da, Baykal, AShPA da
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ