SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Pulun var, neftin var, otur yerində” - Ərdoğandan Bərzaniyə

“Pulun var, neftin var, otur yerində” - Ərdoğandan Bərzaniyə

Tarix:

28-09-2017, 15:54

/ 106 386 dəfə oxundu.
“Pulun var, neftin var, otur yerində” - Ərdoğandan Bərzaniyə

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İraq Kürd Regional Hökumətinin keçirdiyi referendumla bağlı Məsud Bərzaniyə sərt reaksiya verib.
Ərdoğan çıxışında İraq Kürd Regional Hökumətinin özünü odun ortasına atdığını deyib:

“Otur oturduğun yerdə. Pulun var, neftin var. Rahat dur. Bizimlə, İranla, Federal dövlətlə müzakirə etdinmi bunu? Sən necə belə bir addım ata bilərsən. Kim sizin müstəqilliyinizi qəbul edir?. Dövləti idarə etmək bir qəbilənin rəisi olaraq məsələni həll etməklə olmur. Ona yəqin çox ciddi təkliflər olub. 92 faiz leyhinə səs verib. Burada da çevriliş olduğu zaman 90-95 faiz “hə” deyənlərin olduğunu gördük.

Şimali İraq məsələsi öhdəsindən gələ bilməyəcəyimiz məsələ deyil. Bölgədə yandırılan hər alov kimi inşallah, bu da bizə toxunub keçər, amma bəzilərinin canı pis yanar.

Türkmənlərə orada zülm edirlər. Bu gün Şimali İraqda baş verənlərə ona görə sərt reaksiya veririk ki, ərəblərin, kürdlərin, türklərin və digər xalqların yaxşılığını düşünürük”.

Şərhlər

XƏBƏR LENTİ