yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bu gün yeni dövlət elan oluna bilər: gərginlik pik həddə çatdı

Bu gün yeni dövlət elan oluna bilər: gərginlik pik həddə çatdı
25-09-2017, 10:51 34 987 dəfə baxılıb

Bu gün dünyada yeni dövlət elan edilə bilər. İraq Kürdüstan Muxtariyyəti bütün dünyanın etirazlarına baxmayaraq, müstəqillik referendumuna start verib.
Artıq Ərbildən ilk görüntülər yayımlanıb. Səsvermə İraqın Kərkək, Tuz Xurmatu, Mosulun Mahmur, Şenqal kimi bölgələrində də keçirilir. Ümumilikdə referendumda 5 milyon insanın səsvermə hüququ var.
Səhər saatlarında İraq Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzani seçki məntəqəsinə gələrək səs verib.
Referenduma qarşı olan Türkiyə səhər saatlarında növbəti bəyanatı yayıb. Xarici İşlər Nazirliyinin bəyanatında bir daha referendumun tanınmadığı bildirilir:
"İraq Kürdüstan Muxtariyyətində bu gün keçirilən referendum yox hökmündədir. İstər beynəlxalq hüquq, istərsə də İraq konsitutsiyasına zidd olan bu referendumu tanımırıq. Türkiyə və beynəlxalq ictimaiyyətin bütün tələblərinə rəğmən referendum keçirməkdə israr edən və sadəcə İraqı deyil, bütün bölgənin sülh və inkişafını təhlükəyə atan Kürdüstan Muxtariyyətini şiddətlə qınayırıq".
Türkiyə İraq Kürdüstan Muxtariyyətinin referendum məsələsində etdiyi xətanın qarşılığının olacağı bir daha vurğulanır:
"Sentyabrın 22-də keçirilən Milli Təhlükəsizlik Komitəsinin iclası və ardınca baş tutan Nazirlər Kabinetinin toplantısında İraq Kürdüstan Muxtariyyətinə qarşı tətbiq olunacaq sanksiyalar müəyyənləşdirilib. Bu dönəmdə fürsətdən yararlanmağa çalışan bəzi radikal qruplar və terrorçular milli təhlükəsizliyimizi hədəfə alan aksiyalara əl atarsa, İraq ərazisində təhlükəsizliyimizə yönəlmiş hər cür aksiyaya qarşı beynəlxalq hüququn və Türkiyə Böyük Millət Məclisinin verdiyi səhaliyyətlərdən qaynaqlanan bütün addımlar atılacaq".
Bu arada Türkiyənin referendumdan sonra İraq Kürdüstan Muxtariyyətinə qarşı tətbiq edəcəyi sanksiyalarla bağlı bəzi detallar açıqlanıb. Bildirilir ki, Türkiyə Milli Təhlükəsizlik Komitəsi Məsud Bərzani hökumətinə qarşı sərt iqtisadi və siyasi sanksiyalar tətbiq etmək niyyətindədir.
Türkiyə Nazirlər Kabinetinin iclasında bildirilir ki, Şimali İraqın bütün ehtiyaclarının 70 faizi Türkiyədən təmin edilir. Bu səbəbdən ticarətə mənfi təsir etsə də, Habur sərhəd-keçid məntəqəsinin bağlanması nəzərdə tutulub. Eyni zamanda İqraq Kürdüstan Muxtariyyətindən neft alışı dayandırılacaq.
Rəsmi Ankara iqtisadi sanksiyalara İran və İraq hökumətlərinin də qoşulmasına çalışır. Bu məsələ Rəcəb Tayyib Ərdoğanın 4 oktyabrda İrana səfəri zamanı müzakirə olunacaq. Türkiyə prezidenti Tehrandan Şimali İraqla sərhədlərin bağlanmasını istəyəcək.
Türkiyə İran və İraqla birlikdə iqtisadi sanksiyaları tətbiq etməklə Məsud Bərzaninin xalqın tələblərini ödəyə bilməsinə əngəl olmağa çalışır.
Türkiyə təhlükəsizlik tədbirlərini pillə-pillə tətbiq edəcək. Ankara İraqla sərhədlərin dəyişməzliyini göstərən, əks halda hərbi müdaxilə hüququ verən 1926 və 1946-cı illərdə imzalanmış müqavilələrin detallarını dünyaya tanıdacaq.
Bu arada ABŞ-ın İraq səfirliyi dünən ölkə konsitutsiyasına ziddi olan referendum keçiriləcəyi halda bölgədə qarşıqlıq olacağı ilə bağlı xəbərdarlıq edib. Səfirliyin rəsmi saytının yaydığı bəyanatda "İraqdakı ABŞ vətəndaşlarına, 25 sentyabrda keçiriləcək referendumun təşkil olunması halında yarana biləcək qarşıqlıqlara qarşı xəbərdarlıq edirik" deyilir.
İraq Milli Təhlükəsizlik Şurasının sözcüsü Keyvan Husrevi dünən İran hava sahəsinin İraq Kürdüstan Muxtariyyəti üçün bağlandığını açıqlayıb: "İran İraq rəhbərliyinin tələbi ilə hava sahəsini İraq Kürdüstan Muxtariyyəti üçün bağlayıb. İrandan Süleymanmiyyə və Ərbil şəhərlərinə, eyni zamanda hava sahəmizdən İraq Kürdüstan Muxtariyyətinə doğru uçuşlar dayandırılıb. Referendum keçiriləcəyi halda sərhəd-keçid məntəqələri də bağlanacaq".
İran prezidenti Həsən Ruhani isə İraqın baş naziri Heydər Əl İbadi ilə telefonla danışıb. O, İraqın ərazi bütövlüyünü dəstəklədiklərini, Kürd dövlətinin yaranmasının əleyhinə olduqlarını bildirib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: chatdi, Bu, yeni, gerginlik, biler, gun, pik, hedde, dovlet, oluna, elan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-11-2018


13-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ