SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Torpaqların qaytarılmasına görə 2 nazirlik qarşı-qarşıya - Ermənistanda

Torpaqların qaytarılmasına görə 2 nazirlik qarşı-qarşıya - Ermənistanda

Tarix:

21-09-2017, 15:54

/ 109 031 dəfə oxundu.
Torpaqların qaytarılmasına görə 2 nazirlik qarşı-qarşıya - Ermənistanda

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanın işğal olunmuş Azərbaycan torpaqlarının bir hissəsinin qaytarılması ilə bağlı verdiyi açıqlamasına etiraz edib.

Erməni KİV-nə istinadən xəbər veririk ki, qərargah rəisi bildirib ki, hər hansı torpağın Azərbaycana qaytarılmasından söhbət gedə bilməz:

“Çünki Dağlıq Qarabağın (qondarma-red.) təhlükəsizliyi üçün bütün rayonlar istisnasız olaraq vacibdir. Qarabağ sərhədi boyu elə təhlükəsizlik sistemi yaradılıb ki, ən kiçik pozuntu dönüşü olmayan nəticələrə gətirib çıxara bilər.”

Xatırladaq ki, daha əvvəl Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan bəyan etmişdi ki, Qarabağa (qondarma-red.) təhlükə yaratmayacaq torpaqların Azərbaycana qaytarılması istiqamətində danışıqlar gedir.

Şərhlər

XƏBƏR LENTİ