SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Dubayda “Quran” adlı park açılır

Dubayda “Quran” adlı park açılır

Tarix:

8-09-2017, 12:25

/ 92 800 dəfə oxundu.
Dubayda “Quran” adlı park açılır

64 hektar ərazidə hazırda intensiv inşaat işləri aparılır

Tezliklə Dubayda “Quran” adlı yeni tematik park açılacaq.

Mədəni-maarif xarakterli müasir park Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həm turistlər, həm də yerli sakinlər üçün ən maraqlı məkanlardan birinə çevriləcəyini vəd edir. Parkın yerləşdiyi 64 hektar ərazidə hazırda intensiv inşaat işləri aparılır.

Park şəhərin yaşıllaşdırılmasına və ailəvi istirahət üçün yeni məkanın yaradılmasına dair ümumi strategiyaya xidmət etməklə bərabər, bura gələnləri İslam mədəniyyəti və onun nailiyyətləri ilə tanış edəcək. Yaşıl zonada adları Müqəddəs Qurani-Kərimdə xatırlanan bitkilər yetişdiriləcək, onların elmi və tibbi əhəmiyyətləri barədə məlumatlar təqdim ediləcək. Burada müqəddəs kitabda təsvir edilmiş bir çox əhvalatların mənasını izah edən eksponatlar nümayiş etdiriləcək.

Kompleksin müdiriyyəti parkda yetişdirilən məhsulların satışını təşkil edəcək. Müsafirlər parkda açılacaq Möcüzələr mağarasında adları müsəlmanların müqəddəs kitabında xatırlanan Dünyanın yeddi möcüzəsini müasir texnologiyaların köməyi ilə görəcəklər. Parkda ictimai Wi-Fi fəaliyyət göstərəcək, mobil qurğular üçün enerjidoldurma stansiyaları və palma ağaclarının kölgəsində uşaqlar üçün oyun meydançaları yaradılacaq.

Şərhlər

XƏBƏR LENTİ