yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Eks-prezidentlər və 5 nazir həbs edilə bilər

Eks-prezidentlər və 5 nazir həbs edilə bilər
7-09-2017, 13:09 108 932 dəfə baxılıb
yüklənir...

Braziliyanın 2 sabiq prezidenti barəsində cinayət işi açılıb.

Xarici KİV-ə istinadən məlumata görə, Braziliyanın baş prokuroru Rodriqo Cenot eks-prezidentlər Luis İnasiu Lula da Silva və Dilma Rousseflə birdə 5 sabiq nazir barəsində cinayətkar dəstə yaratmaq və rüşvət aldıqları iddiası ilə Ali Məhkəməyə müraciət edib.

Baş prokuror onların dövlət neft şirkəti Petrobras, Milli İnkişaf Bankı və Planlaşdırma Nazirliyi də daxil olmaqla bir neçə qurum vasitəsilə rüşvət aldıqlarını bildirib. İttiham olunan şəxslərin hamısının sosialist partiyasının üzvləri olduğu qeyd edilib. Partiya baş prokurorun iddialarının əsassız olduğunu və əlində heç bir dəlilin olmadığını açıqlayıb.

Qeyd edək ki, eks-prezident Lula da Silvanın iyul ayında passiv rüşvət və qara pul ağlama cinayəti ilə ittiham edilərək, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib və bütün bank hesabları dondurulub. Məhkəmənin qərarına etiraz edən sabiq prezident cinayətlə bağlı bir ədəd belə sübut varsa, həbsxanaya öz xoşluğu ilə gedəcəyini bildirib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Eks prezidentler, ve, edile, hebs, nazir, biler, 5
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ