SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Facebook Rusiya tərəfindən maliyyələşən saxta xəbər şəbəkəsi aşkar edib

Facebook Rusiya tərəfindən maliyyələşən saxta xəbər şəbəkəsi aşkar edib

Tarix:

7-09-2017, 12:41

/ 110 563 dəfə oxundu.
Facebook Rusiya tərəfindən maliyyələşən saxta xəbər şəbəkəsi aşkar edib

Facebook öz şəbəkəsində Rusiya tərəfindən maliyyələşən və cəmiyyətdə ayrı-seçkilik salan məlumatı təbliğ edən kampaniyanı aşkar etdiyini bəyan edib.
Şirkət bildirib ki, aşkar edilmiş iki illik kampaniya, bu ilin may ayınacan təxminən 3 min reklam üçün 100 min dollar (169 min manat) xərcləyib.
Reklamlar xüsusi bir siyasi partiyanı dəstəkləməyib, lakin mühacirət, irq və bərabər hüquqlar kimi mövzular barədə olub.
Facebook əldə etdiyi məlumatı, ABŞ-da Rusiyanın seçkilərə mümkün müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-lə paylaşacağını deyib.
Reklamlar Facebook istifadəçilərini saxta informasiya yayan 470 hesaba yönəldib və ya Facebook-un qaydalarını başqa səbəblərə görə pozublar, Facebook bildirib.
"Görünürdü ki, reklamlar və hesablar cəmiyyəti bölüşdürən və ideoloji spektri tamamilə əhatə edən mübahisəli sosial və siyasi mesajları təbliğ edirdir", şirkətin blogunda çərşənbə günü yazılıb.
Şirkət bu məlumatı yayan Facebook hesablarının Rusiyanın Sankt Peterburq şəhərində yerləşən Rusiya hökuməti yönümlü və özünü Internet Research Agency-nin (İnternet Araşdırma Agentliyi) yaratdığını ehtimal etdiyini, lakin bunu təsdiqləyə bilməyəcəyini qeyd edib.
Facebook-un baş təhlükəsizlik mütəxəssisi Alex Stamos bu hesabların artıq bağlandığını qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ